Bakı. Trend:
30 sentyabr tarixində Medianın İnkişafı Agentliyinin
təşkilatçılığı ilə keçirilən “Rəqəmsal Transformasiya vəMedia”
mövzusunda II Azərbaycan–Özbəkistan Media Forumunun açılış mərasimi
olub.
Trend xəbər verir
ki, Forum Azərbaycan və Özbəkistan arasında media sahəsində
əməkdaşlıq əlaqələrinə həsr olunmuş videoçarxla başlayıb.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov
forum iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycan və
Özbəkistan xalqları arasında olan tarixi bağlar bu gün Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan
Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin güclü siyasi
iradəsi, uzaqgörən liderliyi nəticəsində yüksək mərhələyə
çatmışdır. İkitərəfli əlaqələrin strateji tərəfdaşlıq
səviyyəsinəyüksəlməsinin bütün sahələrdə, o cümlədən media
sahəsində əməkdaşlığın gücləndirilməsi üçün geniş imkanlar açdığını
vurğulayan İcraçı direktor qeyd edib ki, rəqəmsal media mühitinin
nizama salınması, yeni texnologiyaların tətbiqi və jurnalistikanın
peşəkar standartlarının qorunması istiqamətində qarşılıqlı təcrübə
vəbilik mübadiləsi hər iki ölkənin media sektorunun inkişafına
mühüm töhfə verəcək.
Forumda çıxış edən Özbəkistan Respublikası Prezidenti
Administrasiyasının Kommunikasiya şöbəsinin sektor müdiri Dilşod
Saidjanov iki qardaş ölkə – Azərbaycan və Özbəkistan arasında media
sahəsində əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib. O
bildirib ki, ortaq tarixi və mədəni dəyərlərə söykənən bu əlaqələr
informasiya mübadiləsinin intensivləşdirilməsi, dezinformasiyaya
qarşı birgə mübarizə strategiyalarının formalaşdırılması və
regional informasiya təhlükəsizliyinin gücləndirilməsi baxımından
mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov
qeyd edib ki, rəqəmsal medianın inkişafı audiovizual məzmunun
istehsalı və müvafiq sahənin tənzimlənməsi istiqamətində yeni
yanaşmaların tətbiqini tələb edir. Onun sözlərinə görə, bu proses
qlobal media məkanında keyfiyyət standartlarının yüksəldilməsini,
peşəkar prinsiplərə əsaslanan fəaliyyətin gücləndirilməsini və
beynəlxalq əməkdaşlığın daha sıx qurulmasını zəruri edir.
Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə vəsəlahiyyətli
səfiri Baxrom Aşrafxanov diqqətə çatdırıb ki, informasiya və media
sahəsində əməkdaşlıq iki ölkəarasında strateji tərəfdaşlığın mühüm
istiqamətlərindən biridir. O vurğulayıb ki, Azərbaycan və
Özbəkistan mediası arasında qurulan birgə platformalar qarşılıqlı
informasiya mübadiləsini gücləndirir və xalqlarımızın ortaq
dəyərlərinin təbliğinə xidmət edir.
Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin
Elm və İnnovasiyalar üzrə prorektoru Dr. Nozima Muratova isə
forumun həm elmi müstəvidə, həm dəpraktik sahədə əhəmiyyətini
vurğulayıb. O bildirib ki, bu platforma ali təhsil müəssisələrinin
əməkdaşlığını genişləndirməklə yanaşı, gələcək jurnalistlərin
rəqəmsal bacarıqlarının artırılmasına, media təhsilində müasir
innovativ yanaşmaların tətbiqinə və təcrübə mübadiləsinin
gücləndirilməsinə mühüm imkanlar yaradır.
Forum “Rəqəmsal dövrdə media tərəfdaşlığı: İnformasiya
təhlükəsizliyi istiqamətində birgə təşəbbüslər” və “Rəqəmsal
informasiya mühitində etik məsuliyyət” mövzularında panel
sessiyalarla davam edib.
Panel sessiyalardan sonra Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Rəqəmsal Transformasiya və Media” mövzusunda II Azərbaycan–Özbəkistan Media Forumu öz işini yekunlaşdırıb.