Bakı. Trend:
Azərbaycanda texniki suyun sənaye və kənd təsərrüfatında istifadəsi planlaşdırılır.
Trend xəbər verir ki, bunu jurnlalistlərə açıqlamasında Dövlət Su Ehtiyatları Agentlitinin (ADSEA) sədr müavini İlham Bayramov deyib.
“Azərbaycanda su sərfiyyatının azaldılması dəstək olaraq texniki suyun istifadəsi milli su strategiyasında konkret tapşırıqlar və hədəflərlə müəyyən olunub”.
Qurum rəsmisi qeyd edib ki, texniki su tullantı sularının təmizlənməsi nəticəsində əldə olunur. Təmizlənmənin səviyyəsinə və tətbiq olunan standartlara görə mexanizmlər və texnologiyalar fərqlidir.
“Yeni su təmizləyici qurğular komplekslərində texniki suyun sənaye və kənd təsərrüfatında istifadəsi nəzərdə tutulub və bununla bağlı hesablamalar və təhlillər aparılıb".
İ.Bayramov qeyd edib ki, yeni infrastrukturun qurulması məhdud imkanlarla mümkündür. Buna baxmayaraq, gələcək layihələrdə texniki su həm təmizlənmiş suyun istifadəsi, həm kənd təsərrüfatı məqsədləri üçün, həm də dənizsuyunun duzsuzlaşdırılması layihələri çərçivəsində istifadə ediləcək.
“Həmçinin, müəyyən həcmdə texniki su Sumqayıt sənaye parkında da istifadə oluna biləcək",- əlavə edib.