...

Özbəkistanda yerli tərəfdaşlarla əməkdaşlıq trans-sərhəd marketpleyslərinə daha sərfəlidir - Zohid Ulmasbayev

İqtisadiyyat Materials 30 Sentyabr 2025 17:07 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistanda trans-sərhəd marketpleysləri üçün ən yaxşı ssenari yerli tərəfdaşlarla əməkdaşlıqdır.

Trend xəbər verir ki, bunu “Oneziyo.AI”nin həmtəsisçisi və strateji müşaviri Zohid Ulmasbayev “PASHA Holding”in Bakıda təşkil etdiyi “INMerge Innovation Summit” zirvə toplantısı çərçivəsində deyib.

O vurğulayıb ki, əgər bir şirkətÖzbəkistanda onlayn ticarətlə məşğul olmaq istəyirsə, o yerli iştirakçıların da riayət etdiyi eyni qaydalara əməl etməlidir.

“Məsələn, Temu Özbəkistanda marketinq kampaniyasına başladı və on gün ərzində orada köhnə məhsullarını çox aşağı qiymətə və Çin-dən pulsuz çatdırılma ilə aktiv satmağa başladı. Nəticədə yerli oyunçu “Uzum” zərər çəkdi. Hökumət “Temu”ya xəbərdarlıq etdi: bütün şirkətlərin rəhbər tutduğu eyni qaydalarla işləmək lazımdır. Vəziyyət belədir: əgər bir şirkət Özbəkistanda onlayn ticarət biznesi qurmaq istəyirsə, yerli oyunçularla eyni qaydalara əməl etməlidir”, - deyə o bildirib.

Ulmasbayev qeyd edib ki, yerli marketpleyslər artıq infrastruktura, istehlakçıların istəklərinin təhlilinə , “son mil” çatdırılma sisteminə, qaytarma mexanizminə və öz BNPL (indi al, sonra ödə) strukturlarına sahibdirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti