Bakı. Trend:
Bu gün səhər saatlarında İranın şimalında yerləşən Simnan vilayətində tələbələri aparan avtobus yük maşını ilə toqquşub.
Trend-in məlumatına görə, bunu İranın Simnan vilayəti Tibb Elmləri Unversiteti və Müalicə Xidmətləri İdarəsinin sözçüsü Karon Yəhyayi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, qəza nəticəsində 2 tələbə ölüb, 12 nəfər isə yaralanıb.
Yəhyayi deyib ki, yaralılar dərhal tibb mərkəzlərinə yerləşdiriliblər. Onlardan 5-nin vəziyyətinin ağır olduğu bildirilir.
İran rəsmisi əlavə edib ki, hadisəyə səbəb avtobusun yolda dayanan yük maşınına çırpılması olub.