...

2032-ci ilə qədər Azərbaycan quruda və Xəzər akvatoriyasında 6 QVt gücün istismara verilməsini planlaşdırır

Yaşıl iqtisadiyyat Materials 30 Sentyabr 2025 11:00 (UTC +04:00)
2032-ci ilə qədər Azərbaycan quruda və Xəzər akvatoriyasında 6 QVt gücün istismara verilməsini planlaşdırır
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2032-ci ilə qədər Azərbaycan quruda və Xəzər akvatoriyasında 6 GVt gücün istismara verilməsini planlaşdırır ki, onun 4 QVt-ı mərhələli plan çərçivəsində “Xəzər–Qara dəniz–Avropa” “yaşıl enerji" dəhlizi vasitəsilə ixrac olunacaq. Bu isə təqribən 4,5 milyon ton istixana qazı emissiyalarının azaldılmasına imkan verəcək.

Trend xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakı İqlim Fəaliyyəti Həftəsində çıxışında bildirib.

Onun sözlərinə görə, Transxəzər yaşıl energetika dəhlizinin, həmçinin Naxçıvan və Ermənistan üzərindən “Azərbaycan–Türkiyə–Avropa” dəhlizinin və “Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan” marşrutunun gerçəkləşdirilməsi ölkənin əsas prioritetlərindən biri olaraq qalır.

P. Şahbazov vurğulayıb ki, bu miqyaslı layihələr regional enerji sistemlərini balanslaşdırmağa, bərpaolunan enerji mənbələrinin payını artırmağa, enerji təhlükəsizliyini möhkəmləndirməyə, tullantıları azaltmağa və Azərbaycanın qlobal iqlim fəaliyyətlərindəki rolunu gücləndirməyə imkan verəcək.

Nazir qeyd edib ki, “sıfır karbonlu” gələcək üçün əsas mənbələrdən biri də hidrogen olacaq. Azərbaycanda istehsal, istehlak və ixracı əhatə edən Milli Strateji Baxışın həyata keçirilməsi üzrə Fəaliyyət Planı hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti