...

Bakıda İqlim Fəaliyyəti Həftəsinin 2-ci günü start götürüb (FOTO)

Yaşıl iqtisadiyyat Materials 30 Sentyabr 2025 09:49 (UTC +04:00)
Bakıda İqlim Fəaliyyəti Həftəsinin 2-ci günü start götürüb (FOTO)
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2-ci Bakı İqlim Fəaliyyəti Həftəsinin ikinci günü start götürüb.

Trend xəbər verir ki, tədbirdə COP29-un prezidenti, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev, Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova və digər rəsmi şəxslər çıxış edəcəklər.

Tədbirdə Azərbaycanın günəş energetikasında, dəniz (offşor) külək energetikasında, “mavi” və “yaşıl” hidrogen istehsalında, həmçinin geotermal enerjidə potensialının araşdırılması, iqlim dəyişikliyinə qarşı dayanıqlılığın beynəlxalq əməkdaşlıq vasitəsilə artırılması, vədlərdən fəaliyyətə: korporativ dayanıqlılıq vasitəsilə COP29 irsinin təşviqi mövzuları müzakirə olunacaq.

Xəbər yenilənir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti