...

"SOCAR Green" enerji layihələrində beynəlxalq maliyyə institutlarının dəstəyini vacib sayır

İqtisadiyyat Materials 30 Sentyabr 2025 15:36 (UTC +04:00)
"SOCAR Green" enerji layihələrində beynəlxalq maliyyə institutlarının dəstəyini vacib sayır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın enerji keçidi üçün əsas çətinliklərdən biri şəbəkənin optimallaşdırılmasıdır. Bu istiqamətdə biz hazırda şəbəkə operatoru ilə, digər qurumlarla, müxtəlif tərəfdaşlarla birgə işləyir, ideya mübadiləsi aparırıq ki, bu proses necə daha səmərəli ola bilər.

Trend xəbər verir ki, bunu "SOCAR Green" şirkətinin baş direktoru Elmir Musayev Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı bildirib.

O qeyd edib ki, şəbəkə həlləri dedikdə, mini-şəbəkələr, mərkəzləşmədən kənar sistemlər, enerji saxlama texnologiyaları, o cümlədən hidroakkumulyasiya, batareya əsaslı enerji saxlama sistemləri və müxtəlif batareya texnologiyaları nəzərdə tutulur: "Enerji sənayesində texnologiyalar çox sürətlə inkişaf edir. Əvvəllər litium batareyalarından danışırdıqsa, indi vanadium əsaslı batareyalardan danışırıq. Biz bu texnologiyaları yaxından izləyir və Azərbaycan üçün hansıların tətbiq oluna biləcəyini araşdırırıq ki, şəbəkəni optimallaşdıraq və bərpa olunan enerjinin daha çox hissəsini sistemə inteqrasiya edə bilək".

"SOCAR Green" rəsmisi vurğulayıb ki, ikinci məsələ maliyyələşmədir: "Bu layihələrin maliyyələşdirilməsi əsas şərtlərdən biridir. COP29 zamanı da maliyyə məsələləri ən önəmli mövzulardan biri kimi müzakirə olunmuşdu. Şirkət və investisiya tərəfini təmsil edən qurum kimi düşünürəm ki, bu sahədə daha çox iş görülməlidir. Xüsusilə beynəlxalq maliyyə institutlarının dəstəyi vacibdir. Onların maliyyələşməni daha səmərəli, daha faydalı etməsi, biznes üçün həddən artıq mürəkkəb və bürokratik yanaşmadan uzaqlaşması önəmlidir".

E. Musayev əlavə edib ki, üçüncü məsələ isə insan kapitalının inkişafıdır: "Bizim üçün insan kapitalı bəlkə də ən ümdə məsələdir. Söhbət təkcə gələcək nəsillər üçün mühəndislərin hazırlanmasından getmir. Burada sənaye üzrə ümumi maarifləndirmə də vacibdir. Hər birimiz bu mövzunun əhəmiyyətinin fərqində olmalıyıq. Çünki bu, yalnız mühəndislik və ya maliyyə bilikləri ilə məhdudlaşmır, məsələni hər kəsin dərk etməsi və müəyyən addım atması lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti