...

Müsahibə mərhələsinin vaxtı açıqlanıb

Cəmiyyət Materials 30 Sentyabr 2025 15:59 (UTC +04:00)
Müsahibə mərhələsinin vaxtı açıqlanıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində kitabxanaçı vəzifəsində çalışan və kitabxana müdiri vəzifəsinə təyin olunmaq istəyən namizədlər üçün müsahibə mərhələsinin vaxtı açıqlanıb.

Trend xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.

Bildirilib ki, müsahibə 01 oktyabr 2025-ci il tarixində keçiriləcək.

Qeyd edilən vəzifə üzrə ixtisası, təhsil səviyyəsi, həmin sahədə iş təcrübəsi əsasında seçilmiş namizədlər müsahibəyə dəvət edilib.

Müsahibənin vaxtı və məkan haqqında məlumat SMS vasitəsilə namizədlərə göndərilib.

Müsahibə zamanı namizədlərin bilikləri və peşəkar keyfiyyətləri müvafiq komissiya tərəfindən qiymətləndiriləcək.

Müsahibənin nəticələri barədə məlumat namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə göndəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti