Bakı.Trend:
Paytaxt sakini idarə etdiyi avtomobildə qəza törədərək həyatını itirib.
Trend xəbər verir ki, 1998-ci il təvəllüdlü Bakı şəhər sakini Nəcəfov Aydın Gülağa oğlu 28.09.2025-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Bilgəh qəsəbəsi istiqamətində idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş və aldığı xəsarətlərdən növbəti gün səhiyyə müəssisəsində ölüb.
Bildirilib ki, Fakta görə Xəzər rayon polis idarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqı davam edir.