...

"Trendyol" lokal bazarların özəlliklərini nəzərə alaraq biznesini genişləndirir

İqtisadiyyat Materials 30 Sentyabr 2025 16:07 (UTC +04:00)
"Trendyol" lokal bazarların özəlliklərini nəzərə alaraq biznesini genişləndirir
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

“Trendyol” müştərilərin etimadını qazanmaq və biznesini səmərəli şəkildə genişləndirmək üçün yerli bazarları diqqətlə araşdırır.

Trend xəbər verir ki, bunu “Trendyol Group”un beynəlxalq genişlənmə üzrə rəhbəri İrem Çağrı Yılandil PASHA Holding tərəfindən Bakıda təşkil olunan “INMerge Innovation Summit”də çıxışında deyib.

“Hazırda biz Səudiyyə Ərəbistanı və BƏƏ-də, Gürcüstan, Azərbaycan, eləcə də Rumıniya, Yunanıstan və Bolqarıstanda fəaliyyət göstəririk. Rumıniyada onlayn pərakəndə satış ümumi dövriyyənin 10–12 faizini təşkil edir – bu, təxminən beş il əvvəl Türkiyədəki göstəricilərə bənzəyir. Səudiyyə Ərəbistanında bu rəqəm təxminən 9%, Mərkəzi Asiyada isə 5–7% arasındadır. Bu, böyük rəqəmsal uçurumu göstərsə də, eyni zamanda nəhəng inkişaf potensialından da xəbər verir”,- deyə o bildirib.

Yılandilin sözlərinə görə, “Trendyol”un qlobal oyunçulardan əsas fərqi onun beynəlmilləl strategiyadan imtina etməsidir.

“İnkişaf etməkdə olan ölkələrdə - o ölkələrdə ki, onlayn alış-veriş yalnız hər on alışdan birini təşkil edir - istehlakçıların etimadını qazanmaq xüsusi əhəmiyyət daşıyır. Bu etimad tanışlıq və vərdiş yolu ilə formalaşır. Müştərilər “Trendyol”a daxil olanda özlərini evdəki kimi hiss etməlidirlər”, – deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti