Bakı. Trend:
ADSEA-nın qarşısında duran layihələrdən biri su idarəçiliyində elektonlaşmanın həyata keçirilməsidir. Bu nəzərdə tutulan prioritet məsələdir.
Trend xəbər verir ki, bu fikirləri ADSEA-nın 9 ay ərzində görülmüş işlərlə bağlı mətbuat konfransında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini İlham Bayramov deyib.
Sədr müavini bildirib ki, su şəbəkəsinə qoşulması ilə bağlı ADSEA-da xüsusi işçi qrup fəaliyyət göstərir:
“Qoşulmalarla bağlı qaydalar Nazirlər Kabineti ilə razılaşdırılır. Məsələn, bu razılaşdırılmalarla bağlı ilin əvvəlində yeni tariflər müəyyənləşdirilib”.