...

SOCAR geotermal enerji sahəsində tərəfdaş axtarır

Gündəm Materials 30 Sentyabr 2025 12:13 (UTC +04:00)
SOCAR geotermal enerji sahəsində tərəfdaş axtarır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Geotermal enerji sahəsində "SLB" şirkəti ilə potensialı araşdırdıq və indi təcrübəli tərəfdaş axtarırıq.

Trend xəbər verir ki, bunu Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Əfqan İsayev Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı bildirib.

O enerji keçidi üzrə SOCAR tərəfindən görülən işlərlə bağlı qeyd edib ki, 2035-ci ilə qədər şirkətin balanslı portfeli olacaq, yüksək karbonlu enerji layihələri ilə yanaşı aşağı karbonlu layihələr də həyata keçiriləcək:

"Biz həm də regional və qlobal tərəfdaşlarla əməkdaşlıq edərək daxili biliklərimizi sürətlə inkişaf etdirdik. SOCAR olaraq üç mərhələli yanaşmanı seçdik: öyrənmə, inkişaf və istismar mərhələləri. "Light Source" və bp ilə birlikdə 240 meqavat layihələr həyata keçiririk və Səngəçal terminalını elektrikləşdiririk. "Masdar" və digər tərəfdaşlarla isə üç yeni layihəyə başladıq. Geotermal enerji sahəsində isə "SLB" şirkəti ilə potensialı araşdırdıq və indi təcrübəli tərəfdaş axtarırıq".

"Demək olar ki, üç il ərzində böyük nailiyyətlər əldə etdik, amma bütün bunlar əməkdaşlıq sayəsində mümkün oldu. Əməkdaşlıq bilik mübadiləsini təmin edir və dekarbonizasiya səylərini sürətləndirir", - deyə Ə. İsayev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti