...

Bu ilin sonunda Azərbaycanda növbəti Baş Kollektiv Saziş imzalanacaq

İqtisadiyyat Materials 30 Sentyabr 2025 18:02 (UTC +04:00)
Bu ilin sonunda Azərbaycanda növbəti Baş Kollektiv Saziş imzalanacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin sonunda Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası 2026-2029-cu illər üçün Baş Kollektiv Sazişini yenidən növbəti dəfə bağlayacaq.

Trend xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda həmin sazişin mətni üzərində işlər gedir:

“Bu saziş əvvəlkilərdən xeyli fərqli olacaq. Burada yaşıl keçid məsələlərinə xüsusi diqqət yetirəcəyik. Bir sözlə, götürdüyümüz öhdəliklərin öhdəsindən gəlməyə çalışacağıq”.

Xəbər lenti

Xəbər lenti