...

Azərbaycanın media sahəsindəki təcrübəsi Özbəkistan üçün son dərəcə dəyərlidir - Nazima Muratova

Cəmiyyət Materials 30 Sentyabr 2025 15:50 (UTC +04:00)
Azərbaycanın media sahəsindəki təcrübəsi Özbəkistan üçün son dərəcə dəyərlidir - Nazima Muratova
Aygün Bəliyarli
Aygün Bəliyarli
Bütün xəbərlər

Bakı. Trend:

II Azərbaycan–Özbəkistan media forumu iki ölkənin rəqəmsal transformasiya şəraitində əməkdaşlığına həsr olunub.

Bunu Trend-ə Bakıda keçirilən forum çərçivəsində Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin elm və innovasiyalar üzrə prorektoru Nazima Muratova deyib.

“Həm Özbəkistan, həm də Azərbaycan ciddi dəyişiklik mərhələlərindən keçir, çünki rəqəmsallaşma medianın bütün sahələrinə nüfuz edir. Televiziya, radio, çap mediası və internet media öz ritmində inkişaf edir və rəqəmsal mühitlə qarşılıqlı fəaliyyət mexanizmlərini formalaşdırır”,- deyə Muratova bildirib.

Onun sözlərinə görə, forum təcrübə mübadiləsi aparmaq və Azərbaycanın mediasının rəqəmsal mühitdə necə fəaliyyət göstərdiyini öyrənmək üçün əla fürsət yaradır. O əlavə edib ki, səfər çərçivəsində həmçinin Bakı Dövlət Universiteti ilə Özbəkistan Jurnalistika Universiteti arasında birgə magistratura proqramının təşkili ilə bağlı görüş də keçirilib.

“Biz başa düşürük ki, sosial şəbəkələrdən aktiv istifadə edən və ənənəvi medianı daha az izləyən gənclər üçün keyfiyyətli jurnalistikaya və informasiyaya çıxış yolları tapmaq vacibdir. Azərbaycanın bu sahədəki təcrübəsi Özbəkistan üçün maraqlıdır, Özbəkistanın nümunələri isə Azərbaycan üçün faydalı olacaq”, - deyə prorektor vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti