Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp ABŞ-yə idxal edilən taxta və bəzi ağac məhsullarına gömrük rüsumlarının tətbiq edilməsi barədə göstəriş verib.
Trend-in məlumatına görə, bu barədə Ağ Ev tərəfindən dərc olunan sənədlərdə qeyd olunub.
Məlumata əsasən, ağac tədarükünə, o cümlədən iynəyarpaqlı ağaclara malların dəyərinə mütənasib olaraq 10 faiz rüsum tətbiq ediləcək.
Bildirilib ki, bəzi mebel növlərinə, o cümlədən mətbəx mebelinə 25 faiz rüsumlar tətbiq olunacaq. Yeni tədbirlər oktyabrın 14-dən qüvvəyə minir. Rüsumlar 2026-cı il yanvarın 1-dən sonra artırıla bilər.