...

“Beşiktaş” “Kocaelispor”u məğlub edib - Türkiyə Superliqası

İdman Materials 30 Sentyabr 2025 02:17 (UTC +04:00)
“Beşiktaş” “Kocaelispor”u məğlub edib - Türkiyə Superliqası

Bakı. Trend:

Türkiyə Superliqasında VII turun oyunlarından biri baş tutub.

Trend-in məlumatına görə, “Beşiktaş” öz meydanında “Kocaelispor”u qəbul edib.

Matçın 4-cü dəqiqəsində Rafel Silva hesabı açaraq komandasını önə keçirib – 1:0. 10-cu dəqiqədə Vatslav Çernı fərqi iki topa yüksəldib.

50-ci dəqiqədə isə Tayfur Bingöl qonaqların hesab arasındakı fərqi azaltmasına nail olub. Görüşün 90+3-cü dəqiqəsində "Beşiktaş"ın futbolçusu Aleksandr Sirota son nöqtəni qoyub – 3:1.

Nəticədə “Beşiktaş” aktivinə 12 xal əlavə edərək beşinci pilləyə yüksəlib. “Kocaelispor” isə 2 xalla sonuncu yerdə qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti