...

Qarabağ Universitetində üç fakültə binası inşa ediləcək - 1,4 milyonluq LAYİHƏ

İqtisadiyyat Materials 29 Sentyabr 2025 20:33 (UTC +04:00)
Qarabağ Universitetində üç fakültə binası inşa ediləcək - 1,4 milyonluq LAYİHƏ
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağ Universitetində Təbiət Elmləri, Sosial və Humanitar Elmlər, həmçinin Hüquq fakültələrinin binaları tikiləcək.

Trend-in məlumatına görə, bununla bağlı Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi müvafiq işlərə başlayıb.

Hazırda fakültə binalarının tikintisi üzrə layihə-smeta sənədlərini hazırlayacaq şirkətin müəyyənləşdirilməsi prosesi gedir.

Qurum sözügedən layihə-smeta sənədlərinin hazırlanmasının 1,4 milyon manata başa gələcəyini proqnozlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti