Bakı. Trend:
28.09.2025-ci il tarixində saat 23:30 radələrində 4 nəfər (kişi cinsli) İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlara qarın divarının açıq yarası, bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-didilmiş yaraları diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
"Vəziyyətləri orta ağır qiymətləndirilən 1976-cı il və 2008-ci il təvəllüdlü şəxslər cərrahi əməliyyat edilib. Müalicələri Reanimasiya şöbəsində davam etdirilir.
2005-ci il və 2007-ci il təvəllüdlü şəxslərin vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən hər iki şəxs ambulator müalicə üçün evə buraxılıb",- deyə əlavə edilib.
xxx
09:37
İsmayıllıda həmkəndlilərini bıçaqlayan şübhəli tutulub.
Trend-in əldə etdiyi məlumata görə, sentyabrın 28-də saat 23 radələrində İsmayıllı rayonunun Talıstan kəndi ərazisində şəxsi münasibətlər zəminində insident olub.
Hadisədə rayon sakinləri — 2005-ci il təvəllüdlü, 2008-ci il təvəllüdlü, 2007-ci il təvəllüdlü və 1976-cı il təvəllüdlü şəxslərə müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirilib.
Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli, 2002-ci il təvəllüdlü Elşən Babayev müəyyən edilərək tutulub.
Faktla bağlı araşdırmalar aparılır.