...

Orta Dəhliz Türk dövlətlərinin iqtisadiyyatını, mədəniyyətini və strategiyasını birləşdirir - Macarıstandan baxış

İqtisadiyyat Materials 29 Sentyabr 2025 14:27 (UTC +04:00)
Orta Dəhliz Türk dövlətlərinin iqtisadiyyatını, mədəniyyətini və strategiyasını birləşdirir - Macarıstandan baxış
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

Orta Dəhliz təkcə nəqliyyat layihəsi deyil həm də Türk dünyasının inteqrasiyasının strateji bir alətidir.

Trend xəbər verir ki, bu barədə Macarıstanın Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi əməkdaşı Laslo Vaşa Bakıda Türk Dövlətləri Təşkilatının beyin mərkəzlərinin konfransında deyib.

“Orta dəhliz Şərq ilə Qərb arasında, həmçinin Şimal ilə Cənub arasında körpüdür, regionları birləşdirir və bəzən diqqətdən kənarda qalan istiqamətləri dəstəkləyir. Türk dünyası üçün bu, yalnız logistika deyil, eyni zamanda qlobal iqtisadiyyatda liderlik və strateji roldur”, - deyə Vaşa vurğulayıb.

O qeyd edib ki, layihə nəqliyyat çərçivəsini aşaraq mədəni, iqtisadi və siyasi aspektləri birləşdirir. TDT vasitəsilə Türk dövlətlərinin inteqrasiyası əsrlər boyu mövcud olmuş mədəni və tarixi əlaqələri rəsmiləşdirir və institutlaşdırır, o cümlədən təhsil, innovasiya, rəqəmsal iqtisadiyyat, xarici siyasət və təhlükəsizlik sahələrində gələcək əməkdaşlıq üçün əsas yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti