Bakı.Trend:
Azərbaycan Dəmir Yollarında gediş haqqında artım gözlənilmir.
Bu barədə ADY-nin mətbuat katibi Bəxtiyar Hacıyev Trend-ə açıqlamasında bildirib.
Hazırda Bakı-Sumqayıt qatarlarında gedişhaqqı 1.20 qəpik, Bakı-Biləcəri üzrə 0.60 qəpik, Bakı-Pirşağı xətti üzrə 1 azn təşkil edir.
Qeyd edək ki, 1 oktyabr 2025-ci il tarixindən metro nəqliyyatında və müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) tariflər dəyişərək 60 qəpik müəyyən olunub.