...

“Media, miflər və yanlış təsəvvürlər: Mediada Süni İntellekti necə səmərəli şəkildə istifadə edə bilərik?” mövzusunda seminar keçirilib (FOTO)

Cəmiyyət Materials 29 Sentyabr 2025 18:02 (UTC +04:00)
“Media, miflər və yanlış təsəvvürlər: Mediada Süni İntellekti necə səmərəli şəkildə istifadə edə bilərik?” mövzusunda seminar keçirilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Özbəkistanın bir sıra media nümayəndələri üçün “Media, miflər və yanlış təsəvvürlər: Mediada Süni İntellekti necə səmərəli şəkildə istifadə edə bilərik?” mövzusunda seminar təşkil olunub.

Agentlikdən Trend-ə verilən məlumata görə, açılış nitqi ilə çıxış edən Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova bildirib ki, seminar iştirakçılar üçün yeni perspektivlər qazanmaq və beynəlxalq təcrübə ilə tanış olmaq baxımından əhəmiyyətli platforma rolunu oynayır, bu kimi təşəbbüslər media nümayəndələrinin peşəkar bacarıqlarının inkişafına, süni intellekt texnologiyalarının səmərəli istifadəsinə dair praktiki biliklərin əldə edilməsinə şərait yaradır.

ADA Universitetinin İxtisasartırma proqramının korporativ proqramlar üzrə meneceri Fatimə İsayeva isə qeyd edib ki, ADA Universiteti peşəkar inkişafı dəstəkləyən və müasir yanaşmaların tətbiqini təşviq edən bu kimi seminarların təşkilində maraqlıdır. O bildirib ki, belə layihələr iştirakçılara nəzəri biliklər və praktiki bacarıqlar qazandırmaqla yanaşı, qarşılıqlı təcrübə mübadiləsi üçün mühüm imkanlar yaradır.

ABŞ, Çin və müxtəlif ölkələrdə fəaliyyət göstərmiş beynəlxalq kommunikasiya mütəxəssisi, təcrübəli media eksperti, təlimçi Dr. Tiffany J. Bell süni intellektin mediada istifadəsi ilə bağlı mövcud yanaşmalardan danışaraq, bu texnologiyanın verdiyi imkanlar, qarşıya çıxardığı risklər və onun peşəkar jurnalistikada səmərəli tətbiqi barədə nümunələr təqdim edib.

Müzakirələr zamanı qeyd olunub ki, yeni texnologiyaların mediada tətbiqi yalnız innovativ imkanlar yaratmır, həm də etik məsuliyyət tələb edir. İştirakçılarla süni intellektdən istifadədə balansın qorunması, insan faktorunun vacibliyi və dezinformasiyanın qarşısının alınmasında texnologiyanın rolu barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti