...

Günəşdə üçüncü güclü partlayış baş verib

Maraqlı Materials 29 Sentyabr 2025 18:33 (UTC +04:00)
Günəşdə üçüncü güclü partlayış baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Günəşdə "M" sinfinə aid gün ərzində üçüncü güclü partlayış baş verib.

Trend xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

Məlumata görə, sentyabrın 29-da Bakı vaxtı ilə saat 15:39-da 4236-cı (N11E33) günəş ləkələri qrupunda rentgen diapazonunda 33 dəqiqə davam edən M1.1 partlayışı qeydə alınıb.

Daha əvvəl Günəşdə M1.1 və M3.6 partlayışlarının baş verdiyi bildirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti