...

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin nəticələri məlum olub

Cəmiyyət Materials 29 Sentyabr 2025 16:46 (UTC +04:00)
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin nəticələri məlum olub
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin nəticələri şəxsi səhifələrə göndərilib.

Trend xəbər verir ki, bu barədəTəhsil İnstitutunun İnsan Resusları Mərkəzi məlumat yayıb.

Bildirilib ki, 20 sentyabr tarixində təşkil olunan prosesin sənəd yoxlanışı mərhələsinə 216 nəfər müəllim dəvət olunub.

Xatırladaq ki, müsabiqə dövlət ümumi təhsil müəssisələrində müddətsiz əsaslarla çalışan müəllimlərə elektron sistem vasitəsilə, öz istəyi əsasında iş yerini qarşılıqlı dəyişdirmək imkanı verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti