Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında sentyabrın 30-u axşamdan oktyabrın 1-i gündüzədək arabir yağış yağacağı gözlənilir.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.
Azərbaycanın rayonlarında sentyabrın 30-u axşamdan başlayaraq
oktyabrın 2-si axşamadək hava şəraitinin fasilələrlə yağıntılı
olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə
(Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar,
Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli
intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi
ehtimalı var.
Yağıntılı hava şəraiti ilə ilə əlaqədar çaylarda sululuğun
artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi
gözlənilir.