...

MDB Oyunları yalnız idman yarışları deyil — Sergey Lebedev

İdman Materials 28 Sentyabr 2025 20:36 (UTC +04:00)
MDB Oyunları yalnız idman yarışları deyil — Sergey Lebedev
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

MDB-nin baş katibi Sergey Lebedev bazar günü Azərbaycanda keçirilən III MDB Oyunlarının təşkilatçılarını, iştirakçılarını və qonaqlarını təbrik edib və bildirib ki, MDB Oyunları yalnız idman yarışları ilə məhdudlaşmır.

Trend xəbər verir ki, təbrikdə qeyd olunub ki, bu oyunlar idmanın dövrümüzün ən güclü birləşdirici qüvvəsi olduğunu bir daha göstərir.

Sergey Lebedev vurğulayıb ki, III MDB Oyunları Birlik ölkələrinin idman hərəkatında əbədi iz qoyacaq və humanitar əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək.

O, bütün gənc idmançılara idman uğurları, yeni rekordlar və şəxsi yüksəlişlər arzulayıb.

“Qoy bu Oyunlar həm idman arenalarında, həm də ölkələrimizin rifahı naminə quruculuq işlərində yeni nailiyyətlərə ilham versin”, – deyə MDB-nin baş katibi yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti