Bakı. Trend:
İngiltərə Premyer Liqasının 6-cı turunda “Nottingem Forest” öz meydanında “Sanderlend”i qəbul edib.
Trend-in məlumatına görə, gərgin keçən qarşılaşmada qonaqlar minimal hesabla üstün olublar – 1:0. Oyunun taleyini 38-ci dəqiqədə Omar Alderetenin vurduğu qol həll edib.
Bu nəticədən sonra “Nottingem Forest” 5 xalla turnir cədvəlində 16-cı pillədə qalıb. “Sanderlend” isə 11 xal toplayaraq 3-cü yerə yüksəlib.
Növbəti turda “Nottingem” oktyabrın 5-də səfərdə “Nyukasl Yunayted”in qonağı olacaq. “Sanderlend” isə oktyabrın 4-də səfərdə “Mançester Yunayted”lə qarşılaşacaq.