Füzuli.Trend:
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən qəhrəman oğulların xatirəsi Füzuli rayonunda da anılır.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, Vətən müharibəsindən sonra Füzuli şəhərinə köçən füzulilər şəhidlərin xatirəsini yad etmək üçün Vətən müharibəsində ilk azad olunan kəndlərdən olan Qaraxanbəyli kəndindəki abidəni ziyarət edirlər.
Keçmiş məcburi köçkünlər bildiriblər ki, şəhidlərimizin sayəsində uzun illər erməni tapdağı altında olan torpaqlar azad edilib və bu gün onlar öz dədə baba yurduna qayıdıblar.