...

BMW 200 minə yaxın avtomobilini geri çağırır - yanma təhlükəsi var

Dünya xəbərləri Materials 27 Sentyabr 2025 11:34 (UTC +04:00)
BMW 200 minə yaxın avtomobilini geri çağırır - yanma təhlükəsi var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"BMW" Şimali Amerikada, o cümlədən Amerika Birləşmiş Ştatlarında yanma riski ilə əlaqədar 200 minə yaxın avtomobilini geri çağırır.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

ABŞ-nin Milli Avtomobill Yollarında Nəqliyyatın Təhlükəsizliyi Administrasiyası "BMW" bəzi modellərinin mühərrik starterinin relesinin korroziya səbəbilə həddən artıq qızışdığını v qısa qapanmaya səbəb olduğunu müəyyən edib.

Amerikalı federal tənzimləyiciyə görə bu,avtomobildə yanğın riskini artıra bilər.

Geri çağırılma 2019-2022-ci illər ərzində istehsal olunmuş aşağıdakı modellərə şamil olunur:

BMW 330i; (2019-2021)

BMW Z4; (2019 – 2022)

BMW 530i, X3 və X4; (2020 -2022)

BMW 430i , 430i (kabriolet) ; (2021-2022)

BMW 230i; (2022)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti