Bakı. Trend:
Ümumilikdə 2400 Fransa əsgəri NATO-nun "Dacian Fall 2025" təlimində iştirak etmək üçün sentyabrın 30-dək Rumıniyaya gələcək.
Trend-in məlumatına görə, bu barədə Rumıniyanın Milli Müdafiə Nazirliyi bildirib.
"Təlimdə iştirak edəcək 2400 Fransa əsgəri, NATO-nun Cincudakı döyüş qrupunun tərkibində olanlardan əlavə, bu gündən sentyabrın 30-na kimi Curcu və Vama-Veke sərhəd keçid məntəqələri vasitəsilə ölkəyə daxil olacaq", - deyə nazirlik qeyd edib.
Məlumata əsasən, təlimlər oktyabrın 20-dən noyabrın 13-dək Çinku, Smırdane, Kapu-Midiya, Babadağ, Boqat, Alba-Yuliya, Hanu-Konaki, Carmat və Kırtsışoara poliqonlarında keçiriləcək.