...

Əməyin mühafizəsi üzrə 28 milli standart təsdiq edilib

Cəmiyyət Materials 26 Sentyabr 2025 16:32 (UTC +04:00)
Əməyin mühafizəsi üzrə 28 milli standart təsdiq edilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Əməyin mühafizəsi üzrə növbəti 28 milli standart hazırlanaraq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi təsdiq edilib.

Trend xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.

Sözügedən standartlar sağlamlıq, təhlükəsizlik, idarəetmə və texniki səmərəlilik tələblərini əhatə edir. Standartlar Beynəlxalq Əmək Təşkilatının "Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında" 155 nömrəli Konvensiyasının tələblərinə uyğun hazırlanıb.

Fərdi mühafizə vasitələri (xilasedici kəmərlər, xilasedici jiletlər, üzmə qabiliyyətinə malik vasitələr, yanğınsöndürən geyimləri, kimyəvi və alovdan qoruyucu geyimlər, göz və üz qoruyucular, vibrasiya əleyhinə əlcəklər), maşın və avadanlıqlar üzrə təhlükəsizlik (traktorların aşmaya qarşı konstruksiyaları, torpaq işləri aparan maşınlarda görmə sahəsi), eləcə də insan resurslarının idarə olunması (idarəetmə göstəriciləri, işçi qüvvəsinin əlçatanlığı, işə qəbul keyfiyyəti, təşkilati mədəniyyət) üzrə texniki tələbləri və sınaq üsullarını əhatə edir.

Bu standartların tətbiqi iş yerlərində işçilərə fərdi mühafizə vasitələrinin düzgün təmin olunması, iş şəraitinin təhlükəsizliyinin artırılması və beynəlxalq təcrübəyə uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, əməyin mühafizəsi sahəsində 2025-ci il üzrə hazırlanması planlaşdırılan 111 standartdan 63-ü artıq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti