...

ABŞ Kolumbiya prezidentinin vizasını ləğv edib

Dünya xəbərləri Materials 27 Sentyabr 2025 09:58 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerika Birləşmiş Ştatları Kolumbiya prezidenti Qusatov Petronun vizasını ləğv etmək qərarına gəlib. Buna səbəb onun Amerika əsgərləri ilə bağlı bəyanatı olub.

Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi X səhifəsində məlumat yayılıb.

Qeyd olunub ki, Petro Nyu-York küçələrinə çıxaraq hərbçiləri əmrlərə tabe olmamağa çağırıb və onları zorakılığa təşviq edib.

“Biz Petronun düşüncəsiz və araqızışdıran addımlarına cavab olaraq, onun vizasını ləğv edəcəyik”, - deyə Dövlət Departamentinin bəyanatında bildirilib.

Bundan əvvəl Qustavo Petro ABŞ-nin miqrantların hüquqlarına hörmət etmək niyyətində olmadığını bildirərək, Azadlıq heykəlinin Nyu-Yorkdan Kolumbiyanın Kartaxena şəhərinə köçürülməsini təklif etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti