Bakı. Trend:
Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi 27 Sentyabr - Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib.
Trend-ə xəbər verir ki, onlar xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.
Qeyd olunub ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun şücaəti, xalq və dövlətin birliyi nəticəsində əldə olunan zəfərə və qəhrəmanlıq salnaməsinə köklənərək, tariximizin ən şərəfli səhifələrindən biri yazılıb.
"27 sentyabr zəfərlə nəticələnən 44 günlük Vətən müharibəmizin və uzaq keçmişdən başlayan ədalətsiz tarixi prosesi dəyişən ərazi bütövlüyümüzün bərpa edilməsi, suverenliyin tam bərqərar olunması və torpaqlarımıza əsl sahiblərinin əbədi qaytarılmasına yol açan qürurverici gündür. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı hərbçilərimizə şəfa versin", - deyə nazirlikdən bildirilib