Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 14-16, gündüz 18-20 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət
isə 65-75 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı,
şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan
xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq
ərazilərdə qar yağacağı ehtimalı var. Gündüzdən əksər rayonlarda
yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq.
Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-16, gündüz 18-22, dağlarda gecə 1-5,
gündüz 5-8 dərəcə isti olacaq.