Bakı. Trend:
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov 27 Sentyabr - Anım Günü ilə əlaqədar Bakı şəhərində yerləşən Zəfər parkını ziyarət edib, xatirə abidəsinin önünə gül dəstələri düzərək şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Trend-in xəbərinə görə, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilib.