...

ABŞ-nin istədiyi 350 milyard dolları nağd ödəyə bilmirik - Cənubi Koreya Prezidentinin müşaviri

Dünya xəbərləri Materials 27 Sentyabr 2025 18:00 (UTC +04:00)
ABŞ-nin istədiyi 350 milyard dolları nağd ödəyə bilmirik - Cənubi Koreya Prezidentinin müşaviri
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreya tariflərin azaldılması barədə əldə olunan razılaşmaya əsasən ABŞ Prezidenti Donald Trampın təklif etdiyi 350 milyard dollarlıq sərmayəni birdəfəyə ödəyə bilmir və alternativ həll yolu axtarır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Cənubi Koreya Prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Vi Sunq-lak deyib.

İyul ayında müttəfiq liderlərin ABŞ tariflərini 25%-dən 15%-ə endirmək üçün əldə etdiyi razılaşmadan sonra Cənubi Koreya bildirmişdi ki, 350 milyard dollarlıq sərmayə nağd pul şəklində deyil, kreditlər və səhmlər formasında qoyulacaq.

Tramp isə bu həftə verdiyi açıqlamada Cənubi Koreyanın bu sərmayəni birdəfəlik ödəniş kimi təmin edəcəyini demişdi. Seul hesab edir ki, bu şəkildə ödəniş Asiyanın dördüncü ən böyük iqtisadiyyatını maliyyə böhranına sürükləyə bilər.

“Bizim mövqeyimiz sadəcə danışıqlardakı taktika deyil, bu, reallıqda daşıya biləcəyimiz bir yük deyil. 350 milyard dolları nağd ödəyə bilmərik”, - deyə Vi Sunq-lak bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti