...

"Liverpul" ilk məğlubiyyətini alıb - İngiltərə Premyer Liqası

İdman Materials 27 Sentyabr 2025 21:24 (UTC +04:00)
"Liverpul" ilk məğlubiyyətini alıb - İngiltərə Premyer Liqası

Bakı. Trend:

İngiltərə Premyer Liqasının 6-cı turunda “Liverpul” futbol klubu səfərdə “Kristal Pelas”la qarşılaşıb.

Trend-in məlumatına görə, “Selherst Park” stadionunda keçirilən oyunda hesabı meydan sahibləri açıb – 9-cu dəqiqədə İsmayıla Sarr fərqlənib.

87-ci dəqiqədə Federiko Kyesa bərabərliyi təmin etsə də, matçın son dəqiqələrində üstünlük yenidən londonlulara qayıdıb. 90+7-ci dəqiqədə Eddi Nketia komandasına qələbə qazandırıb – 2:1.

Bu nəticə “Liverpul” üçün cari mövsümdə ilk məğlubiyyət olub. Mersisayd təmsilçisi 6 oyundan sonra 15 xal toplayıb. “Kristal Pelas” isə 12 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti