...

Bəzi ərazilərdə işıq olmayacaq

Cəmiyyət Materials 27 Sentyabr 2025 00:40 (UTC +04:00)
Bəzi ərazilərdə işıq olmayacaq

Bakı. Trend:

Paytaxtın Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq.

Trend xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Məlumata əsasən, Nəsimi rayonunda bəzi ərazilərdə elektrik enerjisinin keyfiyyətini artırmaq məqsədilə təmir işləri aparılacaq. Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən həyata keçiriləcək işlər bu gecə, saat 02:00 - 03:00 aralığında planlaşdırılıb.

Bu müddət ərzində Füzuli, Rəşid Behbudov, Səməd Vurğun, Süleyman Rəhimov, Salatın Əsgərova, Mərdanov Qardaşları, Şəmsi Bədəlbəyli, Dilarə Əliyeva, Bəşir Səfəroğlu, Həzi Aslanov və Mirzə İbrahimov küçələrində elektrik enerjisində müvəqqəti fasilələr olacaq.

Təmir işləri tamamlandıqdan sonra sakinlər daha stabil və keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaqlar.

Xəbər lenti

Xəbər lenti