...

Monteneqro məktəblərində təhlükəsizlik tədbirləri gücləndirilir

Dünya xəbərləri Materials 26 Sentyabr 2025 05:53 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Monteneqro hökuməti ölkədəki məktəblərin mühafizəçilər tərəfindən qorunmasına dair qərar qəbul edib.

Trend xəbər verir ki, qərarın məqsədi təhsil müəssisələrində fiziki zorakılığın və digər xoşagəlməz halların qarşısını almaqdır.

Yeni qayda oktyabrın 1-dən dekabrın 31-dək qüvvədə olacaq. Bu müddətdə ölkə üzrə 68 ibtidai məktəb, 44 orta məktəb və bir tələbə yataqxanasında fiziki təhlükəsizlik təmin ediləcək. Təhlükəsizlik tədbirləri üçün Təhsil, Elm və İnnovasiya Nazirliyinin büdcəsindən 418,2 min avro ayrılıb.

Hökumət bildirir ki, şagirdlərin və müəllimlərin təhlükəsizliyi prioritetdir və uşaqların bilik öyrənməsi üçün təhlükəsiz mühitin yaradılmasına bundan sonra da xüsusi diqqət yetiriləcək.

Qeyd edək ki, son illərdə Monteneqro təhsil müəssisələrində çoxsaylı insidentlər, o cümlədən 100-dən çox məktəbdə bomba təhlükəsi ilə bağlı xəbərdarlıqlar qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti