Bakı. Trend:
Oktyabrın 1-dən Serbiyanın ən böyük enerji şirkəti olan “NIS” ABŞ-nin sanksiyalarına məruz qalacaq.
Trend xəbər verir ki, bu barədə məlumatı Serbiya Prezidenti Aleksandr Vuçiç Nyu-Yorkda jurnalistlərə açıqlayıb.
Prezident qeyd edib ki, bu addım Serbiya iqtisadiyyatı və enerji sektoru üçün ciddi çətinliklər yaradacaq. Vuçiç bildirib: “Xəbəri xoş adlandıra bilmərəm, amma gözlənilən idi. Amerikalılar sanksiyaların tətbiqini cəmi dörd gün gecikdirdilər. Sentyabrın 27-dən oktyabrın 1-nə qədər. Oktyabrın 1-dən etibarən NIS-ə qarşı sanksiyalar qüvvəyə minəcək.”
O, həmçinin vurğulayıb ki, Belqrad ABŞ, Qərb və Rusiya arasındakı qarşıdurmada ziyan görəcək, çünki şirkətin əsas səhmdarı Rusiyadır.