Bakı. Trend:
"Barselona" uzun müddətlik sıradan çıxan Qaviyə əvəzləyici axtarır.
Trend xəbər verir ki, İspaniya çempionunun əsas hədəfi "Mançester Yunayted"də çıxış edən Kobbi Meynudur.
La Liqa nəhəngi ingiltərəli yarımmüdafiəçini 6 aylıq icarəyə götürməyi planlaşdırır. "Barselona" 20 yaşlı futbolçu üçün təklif göndərəcək.
Qeyd edək ki, Kobbi Meynu "Mançester Yunayted"in yetirməsidir. İngiltərə millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 4 rəsmi matçda 1 qol vurub.