...

Asiya İnkişaf Bankı Azərbaycanın da iştirak etdiyi "Buzlaqlardan Fermalara" proqramını təsdiqləyib

Cəmiyyət Materials 25 Sentyabr 2025 14:46 (UTC +04:00)
Asiya İnkişaf Bankı Azərbaycanın da iştirak etdiyi "Buzlaqlardan Fermalara" proqramını təsdiqləyib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) “Buzlaqlardan Fermalara” adlı regional proqramı təsdiqləyib.

Trend banka istinadən xəbər verir ki, proqram Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanı ehtiva edir.

Proqram üzrə texniki yardımın məbləği 225 000 dollar civarındadır.

Kiçikmiqyaslı biliklərin ötürülməsi və dəstək göstərilməsi təşəbbüsü proqramın səmərəli tətbiqi üçün zəruri institusional, əməliyyat və əlaqələndirmə mexanizmlərinin yaradılmasına, əsas sənədlərin, müvafiq tədqiqat və diaqnostik materialların hazırlanmasına imkan verəcək.

Göstəriləcək dəstək proqramın həyata keçirilmə mərhələsinə keçidini asanlaşdıracaq, gecikmələrin minimuma endirilməsinə, təklif olunan layihələrin hazırlıq səviyyəsinin artırılmasına, həmçinin kənd təsərrüfatı, səhiyyə, sosial müdafiə və su ehtiyatları kimi əsas sektorlarda görülən tədbirlərin ümumi effektivliyi və dayanıqlığının yüksəldilməsinə xidmət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti