Bakı. Trend:
Dünya bankı elektrik enerjisi və geotermal enerji sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir.
Trend xəbər verir ki, bunu Dünya Bankı Qrupunun enerji üzrə baş mütəxəssisi Florian Kitt Bakıda keçirilən Bakıda Azərbaycan və Mərkəzi Asiya Yaşıl Enerji Həftəsində(Azerbaijan & Central Asia Green Energy Week 2025) çıxışında deyib.
“Biz bütün zəmanət əməliyyatlarını İnvestisiyaların Zəmanəti üzrə Çoxtərəfli Agentliyin (MIGA) himayəsi altında birləşdirdik ki, bu da onların vahid mərkəzdən təqdim edilməsinə imkan yaradır. Bu yanaşma Cənub Qaz Dəhlizi üçün uğurla tətbiq olunub və indi biz onu elektrik enerjisində də həyata keçirmək istəyirik”,- deyə o bildirib.
F. Kitt vurğulayıb ki, Azərbaycan ənənəvi neft-qaz sektorundan bərpa olunan enerji mənbələrinin istifadəsinə sürətli keçid nümayiş etdirir.
“Ölkə artıq günəş və külək elektrik stansiyalarını istismara verib və gələcəkdə ‘yaşıl’ enerjini Avropaya ixrac etməyi planlaşdırır”, – o əlavə edib.