Bakı. Trend:
BMT Ukraynanın nizamlanmasında daha mühüm rol oynamalı və münaqişənin bütün tərəflərinin təhlükəsizlik maraqlarını nəzərə almalıdır.
Trend-in məlumatına görə, bu barədə Braziliya prezidenti Luis İnasiu Lula da Silva bildirib.
"Lula da Silva (...) hər iki tərəfin təhlükəsizlik narahatlıqlarını nəzərə alan sülh yolu ilə həllin axtarışında BMT-nin daha çox iştirakına çağırıb", - deyə Brazili prezidentinin mətbuat xidməti Nyu-Yorkda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündə dair bildirib.
Lula da Silva, həmçinin bu görüşdə münaqişənin hərbi yolla həllinin olmadığı fikrini bildirib. O, may ayında İstanbulda başlayan tərəflər arasında birbaşa dialoqun tərəfdarı kimi çıxış edib. O, Alyaska və Vaşinqtonda keçirilən son görüşləri də dəstəkləyib.