...

Azərbaycan Avropaya sabit və etibarlı neft ixracını təmin edir - "Sara Logistics"

İqtisadiyyat Materials 25 Sentyabr 2025 14:34 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Avropaya sabit və etibarlı neft ixracını təmin edir

Trend xəbər verir ki, bunu “Sara Logistics” direktoru Ülvi Ocaqlı Bakıda keçirilən “Xəzər və Mərkəzi Asiya – Neft emalı, Neft-kimya, Ticarət və Logistika” mövzusunda konfransda çıxışında söyləyib.

“Azərbaycan Avropanın etibarlı və sabit enerji təchizatı mənbəsidir, ələlxüsus da geosiyasi gərginlik şəraitində enerji təhlükəsizliyinin əhəmiyyəti getdikcə artdığı bir zamanda”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan özü də böyük neft və qaz istehsalçısıdır. Xəzər dənizinin ehtiyatları əsas karbohidrogen mənbəyini təşkil edir, ölkənin enerji resursları isə Avropaya tədarüklərin şaxələndirilməsini və Rusiyanın enerji daşıyıcılarından asılılığın azaldılması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın neft yataqları bp, SOCAR və digər şirkətlər kimi beynəlxalq tərəfdaşlarla birgə işlənilir.

Ocaqlı qeyd edib ki, Azərbaycan həm də mühüm logistika marşrutlarının üzərində yerləşir ki, bu da onu regional əməkdaşlıqda əsas oyunçulardan birinə çevirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti