...

Danimarkanın Olborq hava limanı pilotsuz uçuş aparatlara görə bağlanıb

Dünya xəbərləri Materials 25 Sentyabr 2025 05:51 (UTC +04:00)

Bakı. Trend:

Danimarkadakı Olborq şəhər hava limanı pilotsuz uçuş aparatlarının olması səbəbindən həm gediş, həm də eniş üçün bağlanıb.

Trend-in məlumatına görə, bu barədə "Sky News" televiziya kanalı yerli polisə istinadən xəbər verib.

"Olborq hava limanı yaxınlığında pilotsuz uçuş aparatları aşkarlanıb və hava məkanı bağlanıb. Polis araşdırma aparır", - deyə Şimali Yutlandiya polisi "X" sosial şəbəkəsində yazıb.

Hava limanının nümayəndəsi aşkarlanan dronların sayını dəqiqləşdirməyib. Bildirilib ki, hadisə nəticəsində dörd reysin cədvəlində dəyişiklik edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti