...

Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri ilə görüşüb (FOTO)

Siyasət Materials 25 Sentyabr 2025 05:18 (UTC +04:00)
Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri ilə görüşüb (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna ilə görüşüb.

Trend-in məlumatına görə, bu barədə nazirliyin "X" hesabında məlumat verilib.

Görüşdə Azərbaycan-Estoniya dialoqunun siyasi məsləhətləşmələr və qarşılıqlı səfərlər vasitəsilə gücləndirilməsinin, eləcə də ikitərəfli əlaqələrin genişləndirilməsi imkanlarının əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın regional sülh quruculuğu səyləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi və Vaşinqton Sammitinin nəticələri barədə məlumat verib.

Tərəflər ikitərəfli və çoxtərəfli çərçivələrdə, o cümlədən BMT və digər beynəlxalq platformalarda əməkdaşlığın daha da dərinləşdirilməsinə hazır olduqlarını bir daha təsdiqləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti