Bakı. Trend:
Bakıda “Xəzər və Mərkəzi Asiya – Neft emalı, Neft-kimya, Ticarət və Logistika” mövzusunda konfrans keçirilir.
Trend xəbər verir ki, tədbir “Confidence Information Services” tərəfindən təşkil olunub.
Konfransda aşağıdakı mövzuların müzakirəsi planlaşdırılır: “Xəzər regionu və Mərkəzi Asiyada enerji bazarını formalaşdıran makroiqtisadi və geosiyasi amillər”, “Qlobal bunker bazarının vəziyyəti və inkişaf perspektivləri”, “Xəzər regionu və Mərkəzi Asiyada yanacaq bazarının indikatorları: istehsal, təchizat istiqamətləri və regionda qiymətin təyin olunması”, “Azərbaycanın neft və qazın Orta Dəhliz vasitəsilə nəqlində həlledici rolu”, “Qazaxıstanda yanacaq bazarının liberallaşdırılması: Mərkəzi Asiya üçün çağırışlar və perspektivlər” və digər mövzular.
Xəbər yenilənəcək