Bakı. Trend:
BMT-nin Baş katibi Antonio Quterreş süni intellektin artıq sülh və təhlükəsizliyə təsir etdiyini bildirib və gücdən istifadə üzərində insan nəzarətini təmin etmək üçün qlobal tənzimləyici çərçivə yaratmağa çağırıb.
Trend-in məlumatına görə, bu barədə Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının süni intellektlə bağlı iclasında deyib.
"Gəlin açıq deyək: bəşəriyyətin taleyini bir alqoritmin ixtiyarına buraxmaq olmaz. İnsanlar ölüm-dirim qərarları vermək səlahiyyətini həmişə əlində saxlamalıdırlar", - deyə A.Quterreş bildirib.
O, gələn ilə qədər "insan nəzarəti olmadan fəaliyyət göstərən ölümcül avtonom silah sistemlərini" qadağan etmək üçün qanuni qüvvəyə malik sənədi imzalamağa çağırıb və nüvə silahından istifadə ilə bağlı istənilən qərarın "maşınların deyil, insanların səlahiyyətində olduğunu" vurğulayıb.