Bakı. Trend:
Qırğızıstanın VII çağırış Jogorku Keneşi özünün buraxılması haqda qərarı qəbul edib.
Trend Qırğızıstan parlamentinə istinadən xəbər verir ki, müvafiq qərar layihəsi iclasda nəzərdən keçirilib.
Məsələ ilə bağlı çıxış edən deputat Ulan Primov bildirib ki, təşəbbüs qrupuna 32 deputat daxil olub.
“Gələn il iki vacib hadisə – prezident və parlament seçkiləri keçiriləcək. Onlar arasında müddət çox qısa olduğundan, təşəbbüs qrupu parlamentə öz səlahiyyətlərini könüllü şəkildə siyasi sistemin möhkəmləndirilməsi və ölkədə sabitliyin təmin edilməsi naminə təhvil verməyi təklif edir”,- deyə o qeyd edib.
Səsvermənin nəticəsinə görə, təklif 84 deputat tərəfindən dəstəklənib.