...

Azərbaycan universitetləri "Time Higher Education" reytinqində uğur göstərib

Cəmiyyət Materials 25 Sentyabr 2025 10:30 (UTC +04:00)
Azərbaycan universitetləri "Time Higher Education" reytinqində uğur göstərib
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Dövlət Universiteti və Xəzər Universiteti “Times Higher Education” versiyasına görə “Impact Rankings 2025” qlobal reytinq cədvəlində ilk 600-ə düşüblər.

Trend xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Avrasiya Universitetləri Sammitində “Times Higher Education”un məlumatların idarə olunması üzrə meneceri Klara Spustek bildirib.

“Bakı Dövlət Universitetini və Xəzər Universitetini Impact Rankings 2025 dünya reytinqində ilk 600-lüyə düşməsi münasibətilə təbrik edirəm”,- deyə mütəxəssis bildirib.

Onun sözlərinə görə, reytinqdə Mərkəzi Asiya və Qafqaz ölkələrindən 140-dan çox universitet iştirak edib. “Siyahıda region üzrə ən çox universitet Özbəkistandan daxil olub, daha sonra Qazaxıstan və Azərbaycan gəlir”,- deyə Spustek vurğulayıb.

O əlavə edib ki, Azərbaycanda universitetlər ən fəal şəkildə 4-cü Dayanıqlı İnkişaf Məqsədi (təhsilin keyfiyyəti) üzrə iştirak edir, bundan sonra isə 8-ci Dayanıqlı İnkişaf Məqsədi (layiqli əmək və iqtisadi artım) istiqaməti gəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti